AZ

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Martın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 17 tüfəng, 3 patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
5
50
apa.az

10Mənbələr