
Apple əyri ekrana malik "iPhone 20"ni təqdim edə bilər.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.
Məlumata görə, bir neçə mütəxəssis X-də paylaşımlarda 2027-ci ildə təqdim olunacaq "iPhone"u proqnozlaşdırıb. Onlar cihazın əyri ekrana və nazik 1,1 millimetrlik çərçivələrə malik olacağını iddia ediblər.
Qeyd edək ki, "iPhone" 17 Pro-nun çərçivəsi təxminən 1,44 millimetrdir.
Orijinal Apple smartfonunun 20-ci ildönümünün qeyd olunduğu ildə satışa çıxarılacaq "iPhone" 20, həmçinin brendin hazırkı cihazlarında olan dizaynı müəyyən qədər qoruyub saxlayacaq.
İlahə Qənbərli
Missiya.Az