AZ

Azərbaycan dəmir yolu ilə Ermənistana neçə ton taxıl çatdırılıb?

BAKI, 1 aprel. TELEQRAF

Ermənistan ilin ilk beş ayında Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə 23.500 ton taxıl idxal edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyindən yerli KİV-ə bildirilib.

Qeyd edilib ki, 2025-ci ildə Qazaxıstan və Rusiyadan 6600 ton taxıl göndərilib. 2026-cı ildə isə Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu ilə Ermənistana taxıl göndərişləri yalnız Rusiyadan olub, ümumilikdə 17000 ton təşkil edib. Göndərişlərin əksəriyyəti buğda olub.

Nazirlik vurğulayıb ki, Azərbaycan və Gürcüstandan keçən marşrut Yuxarı Lars sərhəd keçid məntəqəsindən ənənəvi çatdırılmalara rəqabətli alternativ hesab edilə bilər, bunu dəmir yolu ilə taxıl daşınmalarının artması da sübut edir.

“Mənfəət bir sıra amillərdən, o cümlədən məzənnədən, taxılı elevatordan birbaşa vaqonlara yükləmək imkanından, qəbuledicidə dəmir yolu infrastrukturunun mövcudluğundan və vaqon icarəsinin dəyərindən asılıdır”.

KİV isə qeyd edib ki, bu marşrut Ermənistan hökuməti tərəfindən uzunmüddətli layihə hesab olunur.

Seçilən
20
teleqraf.com

1Mənbələr