Rusiya Müdafiə Nazirliyi An-26 təyyarəsinin qəzasında 29 nəfərin öldüyünü bildirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin qəza yeri müəyyən edilib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin 1 aprel gecəsi verdiyi məlumata görə, qəzada 29 sərnişin və heyət üzvü həlak olub.
"Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəza yerini müəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, altı heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - RİA Novosti xəbər verir.
İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub. Rusiya Müdafiə Nazirliyinin komissiyası hadisə yerindədir.
Hadisə yerində olan mənbə RİA Novosti-yə bildirib ki, Krımda qəzaya uğrayan An-26 hərbi nəqliyyat təyyarəsi uçuruma çırpılıb.
Agentliyin mənbəyi bildirib ki, "təyyarə uçuruma çırpılıb".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta