AZ

“Gənc futbolçuların ağladığını görmək çox ağırdır” – Spinatsola

İtaliya yığmasının futbolçusu Leonardo Spinatsola DÇ-2026-nın seçmə mərhələsinin pley-off finalında Bosniyaya penaltilər seriyasında uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, o, qarşılaşmada sona qədər mübarizə apardıqlarını bildirib:

“Bu oyundan yapışdıq, sona qədər döyüşdük və qalib gəlmək üçün üç-dörd real şansımız oldu. Bu, bizim üçün, ailələrimiz üçün və İtaliyanı dünya çempionatında görə bilməyəcək bütün uşaqlar üçün böyük məyusluqdur. Gənc futbolçuların ağladığını görmək çox ağırdır, amma onların gələcəyi parlaqdır. Mənim üçün bu, dünya çempionatına düşmək baxımından son şans idi, amma ən çox bütün İtaliya üçün üzülürəm”.

Qeyd edək ki, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

Seçilən
6
idmanxeber.az

1Mənbələr