GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyə milli komandası futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində Kosovaya qalib gələrək finala vəsiqə qazanıb.
Globalinfo.az xəbər verir ki, oyun Azərbaycanda İctimai TV-də yayımlanıb.
Oyunu şərh edən Tural Dadaşovun Türkiyə millisinin qələbəsinə reaksiyası gündəm olub. Xüsusilə sosial şəbəkələrin Türkiyə seqmentində şərhçinin qələbəni sevinclə təqdim etməsi maraqla qarşılanıb.
Digər tərəfdən, Türkiyə millisinin qələbə sevincinin TV8-də yayımlanmaması, final fitindən dərhal sonra reklam təqdim olunması narazılıq doğurub, kanalın rəhbəri Acun İlıcalı tənqid edilib. Lakin qələbə sevincinin İctimai TV-də yayımlanması Türkiyə ictimaiyyətində böyük təqdir görüb. Hətta sosial şəbəkə istifadəçilərinin bir qismi sözügedən görüntüləri Azərbaycan kanalında izləyə bildiklərini vurğulayaraq TV8-i boykot ediblər.
Görüntüləri təqdim edirik:
Ayşən Mustafa
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.