ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) səsinin batması səbəbindən konsertlərini ləğv etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, ifaçı aprelin 4-nə Daşkənddə planlaşdırılan konsertinin təxirə salındığını təsdiqləyib.O, bildirib ki, digər konsertlər plan üzrə qalır:
"Bu, səhhətimlə bağlıdır. Minskdəki konsertdən sonra hələ tam bərpa olunmamışam. Biz çıxışın keyfiyyətinə və hər birinizin rahatlığına önəm veririk, buna görə yeni tarixə tam hazır olmaq istəyirik".
Coni əlavə edib ki, Daşkənd konsertinin yeni tarixi artıq müəyyənləşib. Belə ki, 17 aprel tarixində keçirilməsi planlaşdırılan konsert üçün əvvəlcədən alınmış biletlər qüvvədə qalacaq.
O əlavə edib ki, vəziyyəti rus mediasında yazıldığı qədər ciddi deyil:
"Sadəcə qrip olmuşam. Bu səbəbdən Daşkənd konsertini təxirə saldıq. Bu vəziyyətdə səhnəyə çıxmaq və sağlamlığımı riskə atmaq istəmirəm".
O, həmçinin ağır vəziyyətdə olması ilə bağlı yayılan şayiələrə də münasibət bildirib və bunu zarafatla təkzib edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.