AZ

Qattuzo İtaliyanın mundiala getməməsinə görə üzr istədi - "Gələcəyim önəmli deyil"

İtaliya millisi ardıcıl üçüncü mundialdan kənarda qalıb.

Fanat.Az xəbər verir ki, pley-offun finalında Bosniya və Herseqovinaya penaltilərdə uduzaraq şansı əldən verən yığmanın baş məşqçisi Cennaro Qattuzo bu barədə belə danışıb:

"Futbolçular çəkdikləri əziyyətə görə bu gün buna layiq deyildilər. 10 nəfər qalmağımıza baxmayaraq, 3 real qol şansımız oldu. Futbol budur. Oyunçularımla qürur duyuram. Onlar qoyduqları ürəklə məni təəccübləndirdilər. Amma təəssüf ki, biz növbəti dəfə dünya çempionatını qaçırmaqdan danışırıq. 
Belə bir zərbəyə tab gətirmək çətindir. Hər kəsdən üzr istəyirəm. Gələcəyim önəmli deyil. Bu gün fakt odur ki, dünya çempionatında deyilik".

Qeyd edək ki, dördqat (1934, 1938, 1982, 2006) dünya çempionu pley-off mərhələsinin həlledici oyununda Bosniya və Herseqovina ilə üzləşib. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:1) Bosniya və Herseqovina millisi sensasiyaya imza ataraq Cennaro Qattuzonun baş məşqçisi olduğu İtaliya yığmasını turnirdən kənarlaşdırıb. 

İtaliya millisi sonuncu dəfə 2006-cı ildə dünya çempionu olub. Ancaq son 3 mundialın seçmə mərhələsində uğurlu çıxış edə bilməyərək final mərhələsindən kənarda qalıb.

Seçilən
10
fanat.az

1Mənbələr