AZ

Təbii xolesterol "dərmanı": Qatıqla qarışdırıldıqda təsiri İKİQAT artır

Kətan toxumu zəngin qida tərkibi ilə sağlamlıq üçün faydalı məhsullar sırasında yer alır. Mütəxəssislər bildirir ki, xüsusilə üyüdülmüş formada və qatıqla birlikdə qəbul edildikdə təsiri daha da güclənə bilər.

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, kətan toxumunun tərkibində olan omeqa-3 yağ turşuları pis xolesterinin azalmasına kömək edir, damarları qoruyur və ürək xəstəlikləri riskini azalda bilər. Eyni zamanda iltihabi prosesləri zəiflədərək ümumi sağlamlığa müsbət təsir göstərir.

Yüksək lif tərkibi sayəsində bu qida qan şəkərinin daha stabil qalmasına kömək edir. Bu xüsusiyyət xüsusilə 2-ci tip diabet riski olan insanlar üçün faydalı hesab olunur.

Kətan toxumu həzm sistemini dəstəkləyir, bağırsaq fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını almağa kömək edir. Prebiotik təsiri sayəsində faydalı bakteriyaların inkişafını stimullaşdırır.

Mütəxəssislər qeyd edir ki, qatıqla birlikdə qəbul edildikdə toxluq hissini artırır, iştahanı azaldır və çəki nəzarətinə dəstək verir. Bu qarışım gün ərzində əlavə kalori qəbulunun qarşısını ala bilər.

Bundan əlavə, tərkibindəki faydalı maddələr dəri və saç sağlamlığına müsbət təsir göstərir, hormonal balansın qorunmasına kömək edir.

Araşdırmalarda həmçinin kətan toxumunun müəyyən hallarda xərçəng riskinin azalmasına və sümük sağlamlığının qorunmasına dəstək ola biləcəyi qeyd olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
35
e-saglam.az

1Mənbələr