AZ

ABŞ özününə zərbə endirdi

ABŞ

İlhamə VəliqızıABŞ İranın paytaxtı Tehranda özünün keçmiş səfirliyinin binasına zərbə endirib.Ulusum.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.Bildirilir ki, hücum zamanı təkcə ABŞ-nin keçmiş diplomatik nümayəndəliyi deyil, həm də yaxınlıqda yerləşən kommersiya obyektlərinə ziyan dəyib.Hücum zamanı ölən və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Diqqət Çəkənlər

Dövlət Agentliyinə yeni təyin olunan direktor kimdir? -DOSYE

Agalarovun yeni xanımı kimdir?

Hər yerdə işıqlar söndü - VİDEO

Seçilən
6
8
ulusum.az

10Mənbələr