AZ

Təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Rusiyanın ilhaq etdiyi Krımda An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

News365.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, martın 31-də baş verən hadisə zamanı təyyarənin göyərtəsində 30 nəfər – 27 sərnişin və 3 ekipaj üzvü olub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi təyyarədə 29 nəfərin olduğunu bildirmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.

Məlumata görə, təyyarə qayaya çırpılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarəyə kənardan hər hansı zərbə təsiri olmayıb.

Seçilən
6
2
news365.az

3Mənbələr