Qahirə, 1 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində Fuceyra əmirliyinin əl-Rifa rayonunda səmada zərərsizləşdirilmiş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində 1 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, əmirlik hökumətinin mətbuat mərkəzinin məlumatına görə, ölən şəxs Banqladeş vətəndaşıdır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə