AZ

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu – VİDEO

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, tarixçinin dünyaya göz açdığı Bakının Əmircan kəndində yerləşən ev yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hazırda hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Kənd sakinləri bildirir ki, evin alt qatının daşları artıq uçaraq küçəyə tökülüb. Onlar evin növbəti günlərdə tamamilə çökə biləcəyindən və böyük tarixi olan mənzilin yox olacağından narahatdırlar.

Qeyd edək ki, bundan öncə də Xalq şairi Sabir Rüstəmxanlı Bakıxanovun Amsar kəndində yerləşən ev-muzeyinin yararsız vəziyyətdə olmasından gileylənmişdi.

Onun sözlərinə görə, muzeydə isitmə sistemi belə yoxdur:

“Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi kimi, Bakıxanovun da dağılmaqda olan, adına layiq olmayan ev-muzeyi ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunda Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur?”

Xatırladaq ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakı şəhərinin Əmircan kəndində anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirib.

Seçilən
21
15
konkret.az

10Mənbələr