AZ

Rusiya: İranla bağlı gərginlik Ukrayna danışıqlarını dayandırıb

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, ABŞ, İsrail və İran arasında davam edən toqquşmalar Rusiya–Ukrayna danışıqlarına təsir göstərir.

Valday Klubunun “Özbək–Rusiya münasibətləri” sessiyasından sonra jurnalistlərə danışan Qaluzin deyib:

“Son dövrdə Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etmək üçün Rusiya, ABŞ və Ukrayna arasında bir neçə raund üçtərəfli görüş keçirilib. Lakin hazırda ABŞ və İsrailin İrana qarşı hücumları səbəbindən danışıqlar dayandırılıb.”

RUSİYA DİPLOMATİK HƏLLƏ AÇIQDIR

Qaluzin vurğulayıb ki, Rusiya tərəfi Ukrayna məsələsində hər zaman diplomatik və siyasi həllə açıqdır:

“Danışıqlara hazırıq. Amma burada əsas məsələ görüşlərin sayı deyil, məzmunudur.”

REGİONAL GƏRGİNLİK DANIŞIQLARA TƏSİR EDİR

Seçilən
1
aznews.az

1Mənbələr