Bakı. Trend:
Bakı–Sumqayıt yolunun “20 Yanvar” metrostansiyası yaxınlığındayerləşən tuneldə yanğın baş verib.
FHN-dən Trend-əverilən məlumata görə, səhər saatlarında 3-cü mikrorayon ərazisində“Mazda” markalı avtomobil tuneldə yanıb.
Yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisəyerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlərcəlb olunub. Yanğın söndürülüb.