AZ

İranda casusluq şübhəsi ilə dörd dövlət məmuru həbs edildi


İranın şimalındakı Babolsar şəhərində dörd dövlət məmuru həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, saxlanılanlar İsrail və ABŞ-yə casusluq etməkdə ittiham olunurlar.
Dövlət rəsmilərinin hansı hərəkətlərdə ittiham olunduqları dəqiqləşdirilməyib.
Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin məlumatına görə, İranın Markazi əyalətində İsraillə əlaqəsi olan 65 nəfər həbs edilib.
Məlumata görə, onlar İsrailə məlumat ötürmək niyyətində olublar, həmçinin, təxribatçı fəaliyyətlər planlaşdırıblar.
Seçilən
22
50
yeniavaz.com

10Mənbələr