AZ

"Hadisə yerinə çatanda qardaşımın boğazından xəsarət aldığını gördüm" - "Lalların kafesi"ndəki qətl

Bakıda qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Afiq Hacıəliyevin atası Çingiz Hacıəliyev İfadə verib. 

"Mərhumla qonşu olmuşuq. Münasibətlərimiz çox yaxşı olub. Onu da özümə balam bilmişəm. Digər oğlum evə zəng edib deyib ki, Afiq xəstəxanaya aparıblar mərhum isə dünyasını dəyişib. Cəlilabada 7 məclisinə getdik. Onlar dost olublar aralarında heç bir ədavət olmayıb. Amma qonşu olaraq ailələr arasında 20 il bundan qabaq söz söhbət olub. Barışığa iki dəfə cəhd etmişik amma razı olmayıb.

Digər şahid qismində təqsirləndirilən şəxsin qardaşı Rafiq Hacıəliyev ifadə verib. 

"Axşam mənə Rasim adlı tanışım zəng gəldi ki, tərəflər arasında dava olub. Hadisə "lalların kafesi"ndə olub. Mən ora çatanda dava bitmişdi. Qardaşım boğazından xəsarət almışdı. Onun üzərində bıçaq olub olmadığını bilmirdim. Mərhum narkomaniyadan əziyyət çəkirdi".

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev  təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub. 

Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
15
unikal.az

1Mənbələr