AZ

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib VİDEO

Bakı, 1 aprel, AZƏRTAC

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşınması həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 5 vaqondan ibarət ümumi çəkisi 349 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində ümumilikdə 23,5 min ton taxıl, 1000 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu çatdırılıb.

 

Müxbir - Vüqar Qurbanoğlu
Fotoqraf - İlkin Cavanşirov
Operator - Namiq Abdullayev
Seçilən
37
16
azertag.az

10Mənbələr