AZ

“20 Yanvar” tunelində güclü yanğın olub

Bakı–Sumqayıt yolunun “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən tuneldə yanğın baş verib.

FHN-dən verilən məlumata görə, səhər saatlarında 3-cü mikrorayon ərazisində “Mazda” markalı avtomobil tuneldə yanıb.

Yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 06:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində avtomobilin yanması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) yerində tibbi yardım olunub.

Seçilən
31
8
qaziler.az

10Mənbələr