Bakı. Trend:
2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansıadların verildiyi məlum olub.
Trend ƏdliyyəNazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildəyeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.
Belə ki, 105 ailə bu addan istifadə edib.Bundan əlavə Hüseyn 82, Raul 76,Əli 64, Miran 58, Yusif isə52 yeni doğulan oğlan uşağına seçilən ad olub.
Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilənad isə Məryəm olub. 85 uşağa bu ad verilib.
Bununla yanaşı, İnci 79, Melisa78, Alisa 74, Nilay69, Ayla isə 68 uşağın adı kimiailələr tərəfindən seçilib.
2025-ci ilin eyni dövründə isə göstəricilər beləolub:
Kişi cinsli: Uğur (137), Hüseyn(87), Yusif (86), Əli(76), Raul (70), Miran(53).
Qadın cinsli: Nilay (91), Məryəm(87), Zəhra (81), Aylin(80), Melisa (78), Ayla(73).
Son 5 ilin statistikası isə aşağıdakı kimidir:
| Ad | 2022 | 2023 | 2024 | 2025 | 2026 | Son 5 il |
| Uğur | 2032 | 1800 | 1832 | 1721 | 105 | 7492 |
| Əli | 1865 | 1720 | 1389 | 1151 | 64 | 6189 |
| Hüseyn | 1752 | 1506 | 1384 | 1164 | 82 | 5889 |
| Zəhra | 1820 | 1644 | 1241 | 1066 | 66 | 5838 |
| Yusif | 1656 | 1539 | 1191 | 1100 | 52 | 5539 |
| Məryəm | 1484 | 1419 | 1244 | 1127 | 85 | 5362 |
| Zeynəb | 1476 | 1382 | 1261 | 1129 | 56 | 5309 |
| Aylin | 1504 | 1327 | 1161 | 1095 | 64 | 5151 |
| Nilay | 1230 | 1211 | 1145 | 1112 | 69 | 4767 |
| Raul | 1095 | 1059 | 1110 | 1301 | 76 | 4642 |