AZ

Putin və Paşinyanın təkbətək görüşü keçiriləcək

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan təkbətək danışıqlar aparmağı planlaşdırırlar.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:

"Bu gün Rusiya-Ermənistan danışıqları keçiriləcək. Daha sonra iki lider işgüzar səhər yeməyi zamanı təkbətək müzakirələrini davam etdirəcəklər".

Kremlin mətbuat xidməti əvvəllər iki liderin Rusiya-Ermənistan münasibətlərinin vəziyyətini və perspektivlərini, eləcə də cari regional məsələləri, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etməyi planlaşdırdığını bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr