Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri NikolPaşinyan 1 aprel danışıqlarından təkbətək danışmağıplanlaşdırırlar.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibiDmitriy Peskov bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzarsəfərdədir. Bu gün Rusiya-Ermənistan danışıqları olacaq. Daha sonraiki lider işgüzar səhər yeməyi zamanı təkbətək formatda ünsiyyətidavam etdirəcəklər”,-deyə Peskov bildirib.
Kremlin məlumatına əsasən, danışıqlarda Rusiya-Ermənistanmünasibətlərinin cari vəziyyəti və perspektivləri, Cənubi Qafqazdanəqliyyat-logistika əlaqələrinin inkişafı, eləcə də gündəmdə olanregional məsələlər müzakirə ediləcək.