AZ

Ərdoğan: Regiondakı müharibənin əsas səbəbkarı İsrail hökümətidir...

Türkiyə prezidenti İsrail hökumətini qanunsuz müharibədə ittiham edərək ağır iqtisadi və humanitar nəticələrə diqqət çəkib...

Poliqon xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran əleyhinə həyata keçirilən hərbi kampaniyanı şərh edərkən regionda baş verən müharibənin əsas məsuliyyətinin İsrail hökumətinin üzərinə düşdüyünü bəyan edib. Onun sözlərinə görə, bu münaqişə yalnız Yaxın Şərq regionunu dağıntıya sürükləməyib, eyni zamanda qlobal iqtisadiyyata da ciddi yük yaradıb.

Ərdoğan bildirib ki, regionumuzu viranəyə çevirən və bütün bəşəriyyət üçün ağır iqtisadi yük yaradan bu qanunsuz müharibənin əsas məsul tərəfi, münaqişələr, xaos və böhranlar içində boğulan İsrail hökumətidir. Türkiyə lideri vurğulayıb ki, davam edən qarşıdurma regionda sabitliyin daha da pozulmasına gətirib çıxarır.

Prezident əlavə edib ki, müharibə zamanı tökülən hər bir damla qan bəzi siyasi məqsədlərə xidmət edir. Onun sözlərinə görə, “bu müharibədə tökülən hər bir damla qan, Benyamin Netanyahu-nun siyasi ömrünü uzadan bir vasitəyə çevrilir”. Bu açıqlama ilə Ərdoğan İsrail rəhbərliyinin münaqişədən daxili siyasi məqsədlər üçün istifadə etdiyini iddia edib.

Ekspertlər qeyd edirlər ki, Türkiyənin bu cür sərt bəyanatları regionda diplomatik gərginliyin artmasına səbəb ola bilər. Eyni zamanda, bu mövqe Ankaranın Yaxın Şərq siyasətində aktiv rol oynamağa davam etdiyini göstərir.

Poliqon.info

Seçilən
37
50
poliqon.info

10Mənbələr