AZ

Podolyakdan Rusiyaya sərt mesaj: “Qlobal miqyasda...”

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak NTV müxbiri Dəniz Berktaya xüsusi açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, Podolyak İranın Körfəz ölkələrinə qarşı hava hücumlarında Rusiyanın dörd ildir tətbiq etdiyi texnikanın eynisindən istifadə etdiyini vurğulayıb.

O, Ukraynanın bu ölkələrlə hava hücumundan müdafiə sahəsində birgə istehsal, birgə investisiya və təcrübə mübadiləsini əhatə edən müqavilələr imzaladığını da sözlərinə əlavə edib.Sülh danışıqlarında Ukraynanın mövqeyinin dəyişmədiyini bildirən Podolyak: 

"Rusiyaya nəsə vermək üçün dörd il müharibə etmədik" deyib.

Moskvanın hər hansı bir qazanc əldə etmədən müharibəni bitirməsinin həm daxili, həm də xarici nüfuz itkisinə səbəb olacağını qəbul edən Podolyak, bu səbəbdən Rusiyanın danışıqlar masasına məcburi oturdulmalı olduğunu müdafiə edib:

"Rusiyanın qlobal miqyasda məğlubiyyətə uğraması şərtdir".

Seçilən
12
cebheinfo.az

1Mənbələr