AZ

Martda prezident vəzifəsindən ayrıldı, indi də klub almaq istəyir

Martın 5-də «Şəfa»nın prezidenti postundan ayrılan Sərdar Salmanzadə yenidən futbol sektoruna dönməyi planlaşdırır.

Bununla bağlı saytımıza maraqlı məlumat daxil olub.

Redaksiyamızın əldə etdiyi informasiyaya görə, o, hazırda I Liqada mübarizə aparan klublardan biriylə danışıqlar aparır.

Vaxtilə özü futbol oynamış Salmanzadə aşağı liqa təmsilçisini himayəsinə götürmək və ona rəhbərlik etmək niyyətindədir.

Belə bir vaxtda «Şəfa»da araşdırma başlayıb.

1,5 ildən artıq müddətdə prezident postunu tutmuş Sərdar Salmanzadənin fəaliyyəti hazırda incələnməkdədir.

Onun kluba rəhbərlik etdiyi dövrə aid hesabatlar bircə-bircə təftiş olunur.

Bu göstəriş paytaxt təmsilçisini öz himayəsinə götürmüş holdinq tərəfindən verilib. Dəqiq bilmirik, sadəcə, güman edirik ki, Salmanzadənin gördüyü işlərlə bağlı onlara hansısa mühüm siqnallar daxil olub.

Görünür, qulaqlarına çatan informasiyalar ciddidir ki, bir müddət əvvəl vəzifəsindən getmiş şəxsin hanıssa əməlləri araşdırma zərurəti yaradıb.

Salmandzadə klubun sponsorunun xalası oğludur. Bu cür qohumluq bağı da təhqiqata maneə yaratmayıbsa, deməli, xəmir hələ çox su aparacaq.

Sərdar bəy «Şəfa»dan gedən günlərdə mediaya verdiyi açıqlamalarda klubun gələcəyi və strategiyası ilə bağlı arada fikir ayrılığının yaranmasını səbəb göstərib.

I Liqada lider mövqeyində olan «ağ-göylər»in başbilənləri isə mövzuya girməyib, üstündün sükutla keçib və Kənan Sadıqlını onun yerinə gətiriblər.

SPORTİNFO.AZ

Seçilən
37
sportinfo.az

1Mənbələr