AZ

BLOOMBERG: UKRAYNADA SÜLH ÜMİDLƏRİ AZALIR » AzadMedia.az

BLOOMBERG:


Ukraynada müharibənin diplomatik yolla həlli ilə bağlı ümidlər zəifləyir.

Bloomberg agentliyinin məlumatına görə, bunun əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trumpın diqqətinin ABŞ-İsrailin İrana yönəlik hücumlarına fokuslanmasıdır.

Məlumata əsasən, ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlar dalana dirənib və yaxın vaxtlarda sülh sazişi üzrə müzakirələrin bərpası ilə bağlı heç bir real irəliləyiş müşahidə olunmur.

Agentliyin mənbələri bildirir ki, Rusiya ordusu yeni hücum kampaniyasına hazırlaşır. Kremlə yaxın mənbələrin və cəbhə xəttindəki vəziyyətlə tanış şəxslərin sözlərinə görə, danışıqlarda ciddi dönüş olmazsa, müharibə daha bir-iki il davam edə bilər.

Bununla yanaşı qeyd olunur ki, ötən həftə ABŞ müttəfiqlərinə hələ də Rusiya və Ukraynanı danışıqlar masasına qaytara biləcəyinə inandığını bildirib. Lakin hazırda tərəflər arasında mövqelər kəskin şəkildə fərqlənir və yaxınlaşma müşahidə edilmir.

Seçilən
14
1
azadmedia.az

2Mənbələr