Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Niko Paşinyan bu gün fərdi danışıqlar aparmağı planlaşdırırlar.
Vətəninfo.az xəbər verir ki, Peskovbildirib: “Danışıqlar bu gün baş tutacaq. Daha sonra iki lider fərdi müzakirələrini işgüzar səhər yeməyi zamanı davam etdirəcəklər”.
Xatırladaq ki, Paşinyan bu gün Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Hökumətin məlumatına görə, səfər çərçivəsində Moskvada Paşinyan və Putinin iştirakı ilə görüş keçiriləcək.