AZ

Sumqayıtın Nəsimi parkındakı ağaclar təhlükədədir? – VİDEO

Sumqayıt şəhərinin ən böyük istirahət məkanı olan Nəsimi parkında yaşıllıq ərazidə qazıntı işləri görülüb. Sakinlərin Bizim.media-ya dediklərinə görə, qazıntılar yaxınlıqdakı restoran sahibi tərəfindən aparılıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən NOCOMMENT.az-a bildirilib ki, qeyd olunan ərazidə restoran yoxdur, əvvəldən çuxurlar mövcud olub:

“Hazırda parkın xidmət əməkdaşları tərəfindən həmin çuxurların doldurulması istiqamətində işlər aparılır. Gün ərzində ərazi tam şəkildə bərpa olunacaq. Ərazidə mövcud ağaclar üçün hər hansı təhlükə yoxdur. Sözügedən sahə hər hansı restoran və ya digər özəl obyektə məxsus deyil”.

Aliyə
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr