AZ

İran raketlərində ƏRBAKAN İZİ - SENSASİON GÖRÜNTÜLƏR

İranın İsrail və ABŞ-la əlaqəli hədəflərə yönəlmiş 88-ci raket hücumu dalğasında diqqətçəkən detallar üzə çıxıb.

Musavat.com SEPAH telegram kanalına istinadən xəbər verir ki, əməliyyat zamanı atılan raketlərin üzərində Türkiyənin keçmiş baş naziri, mərhum Nəcməddin Ərbakanın fotoşəkilləri və sitatlarından istifadə edildiyi bildirilir.

Məlumata görə, raketlərin üzərinə Ərbakana məxsus olan məşhur “İsrail sözdən anlamaz, onunla yalnız güc dilində danışmaq lazımdır” ifadəsi yazılıb.

Qeyd olunur ki, Nəcməddin Ərbakan ölümündən bir il əvvəl İrana səfər edərək orada təxminən bir həftə keçirib.

Həmin səfər çərçivəsində onun müxtəlif yüksək səviyyəli görüşlərdə iştirak etdiyi və bəzi iddialara görə, müəyyən mühüm məlumat və materialları tərəfdaşları ilə bölüşdüyü qeyd olunur.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr