AZ

Pentaqon Qrenlandiyadakı üç bazaya giriş üçün Danimarka ilə danışıqlar aparır

Pentaqon Qrenlandiyada üç hərbi bazaya çıxış əldə etmək üçün Danimarka ilə danışıqlar aparır.

Herbiand.az bildirir ki, bu barədə The New York Times (NYT) qəzeti yazıb.

Məlumata görə, söhbət əvvəllər Amerika obyektlərinin yerləşdiyi qərbi Qrenlandiyada yerləşən Narsarsuak və Kanqerlussuak ərazilərindən gedir.

ABŞ Şimal komandanlığının rəhbəri, general Qreqori Qiyo Arktikanın artan strateji əhəmiyyəti səbəbindən bazalara çıxışı genişləndirmək istədiklərini bildirib.

Danışıqlar ABŞ ordusuna adada geniş səlahiyyət verən 1951-ci il müqaviləsi çərçivəsində aparılır. Hazırda Qrenlandiyada bir Amerika bazası fəaliyyət göstərir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr