AZ

Son hücum dalğasında 100-dən çox raket və dron istifadə edilib - SEPAH

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və müttəfiq "müqavimət cəbhələri" tərəfindən həyata keçirilən son hücum dalğasında 100-dən çox ağır raket və zərbə pilotsuz uçuş aparatından (PUA), həmçinin ən azı 200 raketdən istifadə edildiyi bəyan olunub.

TurkicWorld xəbər verir ki, İranın IRIB telekanalı tərəfindən yayılan rəsmi bəyanatda hücumların miqyası və hədəfləri barədə məlumat verilib.

SEPAH-ın məlumatına görə, zərbələr təkcə İsrail ərazisindəki müxtəlif nöqtələri deyil, həm də ABŞ-ın Fars körfəzi regionunda yerləşən hərbi mövqelərini - Bəhreyndə ABŞ qüvvələrinin yerləşdiyi hərbi obyekti və Küveytdəki "əl-Adiri" bazasında yerləşən ABŞ helikopter bölməsini hədəf alıb.

İran tərəfi "əl-Adiri" bazasında bir ABŞ helikopterinin məhv edildiyini iddia edir.

Bəyanatda vurğulanır ki, İran və müttəfiqləri tərəfindən həyata keçirilən hərbi əməliyyatlar "tam intensivlik və güclə" davam etdiriləcək. SEPAH bu hücumları regionda artan gərginliyə və ABŞ-İsrail koalisiyasının hərəkətlərinə cavab olaraq qiymətləndirib.

Seçilən
18
turkic.world

1Mənbələr