Abşeron rayonu Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb.
QHT.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb.
Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur.
Çökmənin aramsız yağan yağışlarla əlaqədar olduğu bildirilir.

