AZ

Amerikalı jurnalist Bağdadda belə qaçırıldı – ANBAAN VİDEO

İraqın paytaxtı Bağdadda amerikalı jurnalist Şelli Kitlson naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin mərkəzində, izdihamlı küçələrdən birində baş verib.

Məlumata görə, jurnalistin avtomobili hərəkətdə olarkən silahlı şəxslər tərəfindən saxlanılıb. Hücumçular ətrafdakı insanların olmasına baxmayaraq, Şelli Kitlsonu zorla avtomobildən çıxarıb və başqa maşına mindirərək hadisə yerindən uzaqlaşıblar.

Hadisədən dərhal sonra İraq təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb. İraq Daxili İşlər Nazirliyi adam oğurluğu faktını təsdiqləyib və hadisə ilə əlaqəli olduğu ehtimal edilən bir nəfərin saxlanıldığını açıqlayıb. Jurnalistin azad edilməsi istiqamətində əməliyyatların davam etdiyi bildirilib.

Hələlik heç bir qrup və ya təşkilat qaçırılma hadisəsinə görə məsuliyyəti öz üzərinə götürməyib. Qeyd olunur ki, Şelli Kitlson bölgədə təhlükəsizlik və yerli siyasi proseslərlə bağlı araşdırmaları ilə tanınan müstəqil jurnalistdir.

Sara
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr