AZ

Ekspert: Dövlət Proqramı sosial xidmət sahəsində hüquqi baza və nəzarət mexanizmlərini gücləndirir

Bakı, 17 mart, AZƏRTAC

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” sosial xidmət sahəsində işlərin və hüquqi bazanın təkmilləşdirilməsi, xidmətlər üzərində nəzarət mexanizminin formalaşdırılması, sosial xidmətlərin effektivliyinin artırılması, sosial xidmət müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması, mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, uşaqlara qayğı imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

O vurğulayıb ki, Dövlət Proqramının prioritet istiqamətləri əsas hüquqi bazanın təkmilləşdirilməsi, sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsidir.

“Dövlət xidməti göstərir və bunun üçün də keyfiyyətin yaxşılaşdırılması və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də addımlar atır. Məqsədlərin hər biri üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Aidiyyəti dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması üçün Koordinasiya Şurasının yaradılması prioritet istiqamət kimi müəyyənləşdirilib, penitensiar müəssisələrdə cəzaçəkmədən çıxmış şəxslərin sosial adaptasiya məqsədilə birgə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu məqsədlərə uyğun da prioritet istiqamətlər tətbiq edilir. Məsələn, sosial xidmət müəssisələrinin maddi texniki təminatının möhkəmləndirilməsi həmin müəssisələrdə reabilitasiya şəraitinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması prioritet istiqamət hesab olunur. Sözügedən Dövlət Proqramında geniş və əhatəli tədbirlər planı nəzərdə tutulub. Bu sahədə əsas boşluqlar xidmətin təkmilləşdirilməsidir, xidmətin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır, dövlət idarələri arasında əlaqələrin artırılmasıdır. Dövlət Proqramının tədbirlər planında hər bir istiqamət üzrə Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Elm və Təhsil Nazirliyi qarşısında konkret vəzifələr müəyyən edilib”, - deyə X.Kərimli bildirib.

Seçilən
19
1
azertag.az

2Mənbələr