AZ

İranda müharibə TRIPP -in icrasını gecikdirə bilər - Politoloq

İranda müharibə ya TRIPP layihəsinin həyata keçirilməsini gecikdirə, ya da tamamilə dəyişə bilər.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu APRI analitik mərkəzinin tədqiqatçısı Sergey Melkonyan bildirib.

Onun sözlərinə görə, rəsmilər layihənin həyata keçirilməsinin təxirə salınması ehtimalını da müzakirə və ABŞ-nin layihəyə marağının azaldığını qeyd ediblər:

"Layihədə mümkün dəyişiklik məsələsinə gəldikdə isə, bu, bir neçə amildən asılıdır. Məsələn, İrandakı mövcud hökumətin hakimiyyəti saxlayıb-saxlamamasından və ABŞ ilə razılığa gəlib-gəlməməsindən. Sonuncu halda, Tehran ABŞ-nin İran sərhədindəki mövcudluğuna dair mövqeyini sərtləşdirə bilər".

Melkonyan qeyd edib ki, belə bir inkişaf baş verərsə, İranın narahatlıqları nəzərə alına bilər:

"Tehran ABŞ təhlükəsizlik rəsmilərinin və ya Amerika şirkətlərinin Ermənistanın Sünik bölgəsində olmamasını tələb edə bilər".

Politoloq əlavə edib ki, İranda xaos baş verərsə, mənzərə fərqli ola bilər. Melkonyanın sözlərinə görə, ciddi və böyük şirkətlərin qeyri-sabit bölgəyə investisiya qoymaqda maraqlı olmaları ehtimalı azdır.

APRI mərkəzinin baş eksperti Benyamin Poqosyan bildirib ki, Ermənistanın Sünik bölgəsində dəmir yolunun tikintisi üçün vaxt olduqca qeyri-müəyyəndir. Buna görə də hər hansı bir təxirəsalma məsələsini müzakirə etmək olduqca çətindir:

"ABŞ və Ermənistan hazırda mürəkkəb hüquqi proseslə məşğuldurlar. Onlar 2026-cı ilin yanvar ayında dərc olunmuş çərçivə sənədini əvəz edəcək ikitərəfli müqavilə imzalamaq üçün hüquqi sistemlərini uyğunlaşdırmağa çalışırlar".

Poqosyan sonra qeyd edib ki, TRIPP layihəsini təşviq etmək üçün Ermənistanda bir şirkət yaratmaq və qeydiyyatdan keçirmək mümkün olacaq. Bu şirkət dəmir yolunun tikintisinə başlamaqdan məsul olacaq. Bu o deməkdir ki, İrandakı müharibədən asılı olmayaraq, 2026-cı ilin dekabrında tikintiyə başlamaq şansı olduqca azdır.

"Bunun prosesi gecikdirə biləcəyi ehtimalını istisna etmirəm. Lakin onu da etiraf etmək lazımdır ki, faktiki tikinti 2027-ci ildən əvvəl başlamayacaq. Tikintinin 2028-ci ildə başlamayacağını və ya başlayacağını demək olduqca çətindir”, - deyə Poqosyan vurğulayıb.


Telegram kanalımız
Seçilən
24
50
yenisabah.az

10Mənbələr