AZ

Azərbaycan telekanallarının “YouTube” göstəriciləri – FOTO/VİDEO

Azərbaycan telekanallarının 2026-cı ilin mart ayı üzrə “YouTube” baxış reytinqi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, hesabat dövründə Baku TV ümumi 176 144 073 baxış sayı ilə rəqiblərini geridə qoyaraq birinci yerdə qərarlaşıb.

İki dildə fəaliyyət göstərən media qurumunun azərbaycandilli kanalı 77 437 926 , rusdilli kanalı isə 98 706 147 baxış toplayaraq bu uğura böyük töhfə verib.

 

 

Qısa müddət ərzində dinamik inkişaf yolu keçən Baku TV operativ xəbər istehsalı, eksklüziv reportajları və analitik məzmunu ilə Azərbaycanın ən təsirli media platformalarından birinə çevrilib. Rəqəmsal platformalarda qazanılan uğurlar bununla bitmir; belə ki, mart ayının əvvəlində Baku TV-nin rəsmi azərbaycandilli kanalı 2 milyardlıq baxış həddini ötərək tarixi bir nəticəyə imza atmışdı.

“Global Media Group”un tərkibində fəaliyyət göstərən Baku TV-ni sosial media platformaları ilə yanaşı, Azərbaycandakı bütün TV provayderlər (kabel yayımı) və “Azerspace-1” peyki vasitəsilə Avropa və Asiyada da canlı izləmək mümkündür.

Kanalların ümumi reytinqini təqdim edirik:

1. Baku TV (2 kanal) – 176 144 073

Baku TV AZ – 77 437 926

Baku TV RU – 98 706 147

2. CBC – 114 681 134

3. “ARB 24” – 69 421 819

4. AzTV (5 kanal) – 18 008 472

5. ATV (5 kanal) – 17.846.291

6. İctimai TV – 16 730 961

7. “Xəzər” TV (5 kanal) – 14 764 293

8. “CBC Sport” (3 kanal) – 7 502 948

9. APA – 6.773.336

10. “Biznes” TV – 4.613.463

11. ARB (5 kanal) – 4.083.558

12. Real TV – 3.520.342

13. “Space” TV – 2.767.968

14. “İdman” TV – 2.011.261

15. “Kanal S” – 193.228

Azərbaycan

Seçilən
29
nocomment.az

1Mənbələr