
Yaponiyanın aparıcı aviaşirkətləri olan JAL və ANA, ABŞ və İsrailin İrana zərbələrindən sonra yanacağın bahalaşması ilə əlaqədar iyun ayından etibarən yanacaq rüsumlarını kəskin şəkildə artıracaq.
AFN.az xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb. Bildirilir ki, artım 50%-dən 100%-ə qədər təşkil edə bilər.
Məsələn, Yaponiya-Çin marşrutları üzrə rüsumların 52-68% artaraq 12,4-14,3 min yenə (78-90 dollar) çatacağı gözlənilir. Avropa və Şimali Amerika reysləri üçün artım 72% (315-345 dollar), Uzaq Şərq regionuna uçuşlar üçün isə 97% (37-40 dollar) proqnozlaşdırılır. Nəşr qeyd edir ki, bu bahalaşma istehlakçı fəallığının azalmasına və Yaponiyaya gələn turistlərin sayının düşməsinə səbəb ola bilər.