AZ

Bakıda və Abşeronda bu qədər sakin yaşayırmış – REAL RƏQƏM

“Su təsərrüfatına rəhbərlik edən rəsmi şəxsin açıqladığı məlumata görə, son 35 ildə Bakı və Abşeron yarımadasında məskunlaşma ərazilərinin həcmi 2,6 dəfə, əhalinin sayı 2,1 dəfə artıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev bildirib. O qeyd edib ki, hazırda Abşeron yarımadasında yaşayan əhali 4.5 milyon nəfərdir:

“Deməli, rəsmi statistikaya görə, 1990-cı ildə bu paytaxt da daxil Abşeron yarımadasında 2,2 milyon nəfər yaşayıb.

Həmin dövrdə indikindən fərqli olaraq qeyri-rəsmi daxili miqrasiya olmadığı üçün rəqəmlər kifayət qədər realdır.

Hazırda isə rəsmi statistika bu rəqəmi 3,2 milyon nəfər göstərir, yəni 45% artım.

Halbuki rəsmi şəxsin dediyi 2,1 dəfə artım yaşayanlaırn real sayının 4,5 milyon nəfər olduğunu göstərir.

Başqa sözlə, rəsmi statistikada daxili miqrasiyanın uçotunun olmaması səbəbindən paytaxt və ətraf ərazilərin real yüklənmə səviyyəsi bilinmir.

Bu cür yalan-palan statistika ilə hansı effektiv şəhər, eləcə də bölgə inkişaf planlanması aparıla bilər?”

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
32
4
yenisabah.az

5Mənbələr