Sağlamlığa təhlükə yaradan məhsullar məhv edildi - anbarda ciddi pozuntular aşkarlandı
Şanlıurfa şəhərinin Haliliye rayonunda keçirilən yoxlamalar zamanı insan sağlamlığı üçün təhlükəli qida məhsulları aşkar edilib.
Bələdiyyənin nəzarət qrupları tərəfindən Yunus Emre küçəsində yerləşən anbarda aparılan baxış zamanı müxtəlif ərzaq məhsullarının – o cümlədən un, yağ, süd və paxlalıların istifadə müddətinin bitdiyi müəyyən olunub. Bundan əlavə, bəzi məhsulların böcəkləndiyi də qeydə alınıb.
İnsan istehlakı üçün yararsız hesab edilən bütün məhsullar dərhal müsadirə olunaraq məhv edilib. Qanun pozuntusuna yol verən anbar sahibi barəsində isə inzibati qaydada cərimə tətbiq olunub.
Rəsmi qurumlar bu cür yoxlamaların davam etdiriləcəyini və vətəndaşların sağlamlığını təhlükəyə atan hallara qarşı ciddi tədbirlərin görüləcəyini bildiriblər.
aia.az
Tərcümə şöbəsi