AZ

Almaniya və Suriya arasında “qaçqın” QALMAQALI: Rəqəmlər üst-üstə DÜŞMÜR

Suriya lideri qaçqınların Almaniyadan kütləvi şəkildə geri qayıtması ilə bağlı iddiaları təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Almaniyadakı suriyalı qaçqınların 80 faizə qədərinin geri qayıda biləcəyi ilə bağlı yayılan xəbərlər Berlin və Dəməşq arasında fikir ayrılığına səbəb olub.

Almaniya kansleri Fridrix Merz daha əvvəl bu rəqəmin Suriya lideri Əhməd əş-Şaraa tərəfindən səsləndirildiyini iddia etmişdi. Lakin Əhməd əş-Şaraa bu iddianı təkzib edərək, qeyd olunan rəqəmi “mübaliğəli” adlandırıb.

Londonda çıxış edən Suriya lideri belə bir bəyanat vermədiyini bildirib və məsuliyyəti dolayı yolla Merzə yönəldib.

Əhməd əş-Şaraa vurğulayıb ki, suriyalıların geri qayıtması yalnız iqtisadiyyatın bərpası, iş yerlərinin yaradılması və ölkəyə sərmayələrin cəlb edilməsi kimi şərtlər yerinə yetirildiyi təqdirdə mümkündür.

Berlin isə həm cinayət törətmiş şəxslərin deportasiyası, həm də könüllü qayıdış üçün uzunmüddətli strategiya üzərində işlədiyini bəyan edib. Bununla belə, qayıdışın konkret miqyası və müddətləri hələlik qeyri-müəyyən olaraq qalır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
50
interpress.az

1Mənbələr