Dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında Kosovonu 1:0 hesabı ilə yenərək 24 ildən sonra mundialda oynamaq hüququ qazanan Türkiyə millisinin forvardı Kenan Yıldız oyundan sonra diqqət mərkəzinə düşüb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, qardaş ölkənin futbolçuları qələbəni birlikdə bayram etdikləri vaxtda Kenan klubu "Yuventus"dakı komanda yoldaşının - rəqib vinger Edon Jeqrovanın məyus olduğunu görərək ona yaxınlaşıb.
Jeqrovanı qucaqlayan 20 yaşlı forvard böyük feyr-pley nümunəsi ilə insani hisslərin futboldan önəmli olduğunu növbəti dəfə isbatlayıb.

Gənc oyunçu DÇ-yə vəsiqə verən önəmli qələbə barədə fikirlərini də bölüşüb: "Bu axşam bayram edəcəyik. Dəlicəsinə sevincliyik. Əlimizdən gələn hər şeyi edərək dünya çempionatına getməyi bacardıq. Sevincimi sözlə ifadə edə bilmirəm".
Toğrul