AZ

Yadigar Muradovun vəzifəsini kim əvəz edir?

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun ötən ilin noyabrında vəfatından sonra hələ də bu teatra direktor təyinatı olmayıb.

Bəs teatra hazırda kim rəhbərlik edir və idarəçilikdə hansı dəyişikliklər olub?

Yadigar Muradovun sağlığında onun müavini olan Əməkdar artist Azad Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, teatrda direktor vəzifəsini müvəqqəti olaraq o, icra edir.

A. Məmmədovun sözlərinə görə, hələ direktor təyinatı edilməyib: “Bunun üçün nazirin qərarı olmalıdır. Hələlik bununla bağlı hansısa qərar verilməyib”.

O bildirib ki, hazırda teatr 2018-ci ildə təhvil verilən binada yerləşir: “Bu il artıq 4 tamaşamız olub. İşlər qaydasında gedir, hər hansısa çətinliyimiz yoxdur”.

Qeyd edək ki, Yadigar Muradov 18 noyabr 2025-ci ildə müalicə aldığı xəstəxanada vəfat edib.
 

Seçilən
16
4
hit.az

10Mənbələr