SİPER-2 tutucu raketinin ən qısa zamanda kütləvi istehsal mərhələsinə çatması hədəflənir.
“Poliqon” xəbər verir ki, bunu “Roketsan” şirkətinin baş direktoru Murat İkinci Ankarada keçirilmiş “Roketsan” Strateji Tərəfdaşlıq Zirvəsində söyləyib.
Baş direktor SİPER-2 tutucu raketinin inkişaf prosesinin davam etdiyini və seriyalı istehsala keçidin hədəfləndiyini qeyd edib: “SİPER-2, TÜBİTAK SAGE tərəfindən dizayn edilmiş bir raketdir. İnşallah biz də istehsalda biznes tərəfdaşı olaraq iştirak edəcəyik”.
O vurğulayıb ki, SİPER-2, SİPER ailəsinin ən yüksək səviyyəli raketləri arasında yer alacaq. Hazırda isə sınaqlar davam edir və ən qısa zamanda seriyalı istehsal mərhələsinə çatmaq hədəflənir.
M.İkinci HHM qabiliyyətlərinin inkişafına yönəlmiş işlərin yalnız SİPER ilə məhdudlaşmadığını bildirərək, “Polad Qübbə” arxitekturası çərçivəsində bütün komponentlər, o cümlədən HİSAR və SUNGUR ailələri ilə yeni nəsil raket sistemlərində qabiliyyət artırma işlərinin davam etdiyini söyləyib.
Mövcud sistemlərə yeni sensorlar və əlavə qabiliyyətlər qazandırmağa davam edəcəklərini vurğulayan M.İkinci, SİPER ailəsinə gələcəkdə yeni üzvlərin də daxil ediləcəyini bildirib.