AZ

Ev heyvanı saxlayanlar qurd əleyhinə dərman qəbul etməlidir? -Açıqlama

Qastroenteroloq Olqa Pomoynetskaya ev heyvanı saxlayan şəxslərə profilaktika məqsədilə qurd əleyhinə dərman qəbul etməməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, o, bu haqda aif.ru-ya danışıb.

Həkimin sözlərinə görə, bu tip preparatlar kifayət qədər toksikdir.

“Dərman qəbul edildikdən sonra orqanizm həmin maddəni emal edib xaric etməyə məcbur qalır və əsas yük qaraciyər və böyrəklərin üzərinə düşür”, — deyə o bildirib.

O əlavə edib ki, əgər insanda həqiqətən parazitlər varsa, onların məhvindən sonra qana zərərli maddələr qarışır və bu da orqanizmə düşən yükü daha da artırır.

Nəticədə ürəkbulanma, halsızlıq, baş ağrısı, başda dumanlanma hissi, ishal və dəri səpgiləri kimi əlamətlər yarana bilər. Həkim bu səbəbdən belə dərmanların yalnız həkim məsləhəti ilə qəbul edilməli olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
41
1
redaktor.az

2Mənbələr