AZ

“SOCAR Türkiyə”nin şirkətləri MÜKAFAT ALDI - “2025 İhracatın Yıldızları”

Türkiyədə İstanbul Kimyevi Maddeler ve Mamulleri İhracatçıları Birliği (İKMİB) tərəfindən “2025 İhracatın Yıldızları” mükafatlandırma mərasimi təşkil edilib. “2025 İhracatın Yıldızları” mükafatlandırma mərasimində “Mineral yanacaqlar” kateqoriyası üzrə “SOCAR Türkiyə” qrupuna daxil olan şirkətlər yüksək nəticə göstəriblər.

Belə ki, “SOCAR Türkiyə” qrup müəssisələrindən olan “STAR” neft email zavodu birinci yerə layiq görülüb. “SOCAR Petrol Ticarət” isə həmin kateqoriya üzrə ikinci yeri tutub.

Mükafatlar Türkiyənin ticarət naziri Ömer Bolat tərəfindən “SOCAR Türkiyə”nin Emal və Petrokimya Biznes Bölməsinin Ticarət üzrə vitse-prezidenti Ziya Kəngərliyə təqdim edilib.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
18
ikisahil.az

1Mənbələr