Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İşğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında 2026-cı il 1 aprel tarixində mina hadisəsi baş verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıblar.Bildirilib ki, Ağdərə rayonunun Hacıqərvənd kənd sakini 1982-ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda qeyd olunub.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.