AZ

Bizim.Media yazdı Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərinin ən böyük istirahət məkanı olan Nəsimi parkında yaşıllıq ərazidə qazıntı işləri görülüb. Sakinlərin sözlərinə görə, qazıntılar yaxınlıqdakı restoran sahibi tərəfindən aparılıb.

 

MÖVZU İLƏ BAĞLI: 

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab verilib.Bildirilib ki, qeyd olunan ərazidə əvvəldən çuxurlar mövcud olub:“Hazırda parkın xidmət əməkdaşları tərəfindən həmin çuxurların doldurulması istiqamətində işlər aparılır. Gün ərzində ərazi tam şəkildə bərpa olunacaq. Ərazidə mövcud ağaclar üçün hər hansı təhlükə yoxdur. Sözügedən sahə hər hansı restoran və ya digər özəl obyektə məxsus deyil”.

Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
bizim.media

2Mənbələr