AZ

Tramp Pezeşkianı təriflədi, İranı hədələdi FOTO

Modern.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın ondan atəşkəs istədiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

“İran rejiminin yeni Prezidenti – əvvəlkilərdən daha az radikal və daha ağıllı biri – ABŞ-dan atəşkəs istəyib”, – deyə o qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton bu məsələni yalnız Hörmüz boğazında təhlükəsizlik təmin olunduqdan sonra nəzərdən keçirəcək:

“Biz bunu Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqdan sonra nəzərdən keçirəcəyik”, – deyə Tramp vurğulayıb.

Tramp eyni zamanda sərt açıqlamalarla çıxış edərək bildirib ki, bu şərtlər yerinə yetirilmədiyi halda ABŞ İrana qarşı daha ağır addımlar ata bilər:

“O vaxta qədər biz İranı məhv edəcəyik və ya onların dediyi kimi, daş dövrünə qaytaracağıq”, – deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
modern.az

3Mənbələr