AZ

Hər biri Türkiyənin dişinə görə olan rəqiblərdir DÇ 2026

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Dünən Türkiyə milli futbol komandası DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanaraq azarkeşlərini sevindirdi.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqvay yığmaları ilə üz-üzə gələcək.

Bəs Türkiyənin bu komandalarla mübarizədə uğurlu çıxış edərək növbəti mərhələyə vəsiqə qazanmaq şansları necə dəyərləndirilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan futbol eksperti Emin Abbasov qeyd etdi ki, Türkiyə millisinin 24 illik aradan sonra dünya çempionatına yollanması çox xoş bir hadisə oldu:

"Qardaş millinin bürünc mükafatçı olduğu 2002-ci il dünya çempionatı mənim gəncliyimin unudulmaz hadisələrindən birinə çevrilən parçası idi. Həmin günlər sanki indi də gözümün qabağındadır. Bakının küçələrində izdiham idi, xalqımız Türkiyənin uğurunu özümüzünkü kimi bayram edirdi. Final mərhələsindəki rəqiblərə baxanda, Türkiyənin qrupdan çıxa biləcək potensiala malik olduğunu deməliyəm. Yəni, hər biri Türkiyənin "dişinə" görə olan rəqiblərdir. Yeganə narahatlıq ondadır ki, Türkiyə yığmasının bəzən gözlənilməyən yerdə uğursuzluq yaşamaq kimi bir "xəstəliyi" olmasıdır. Bu, daha çox mental çatışmazlıqdır. Ümid edək ki, baş məşqçi Montella komandanı hər mənada mundiala yaxşı hazırlaşdıra biləcək".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
redaktor.az

2Mənbələr