AZ

Güclü yağış 4 milyon manata yaxın zərər vurub

27-30 mart tarixlərində ölkə ərazisində qeydə alınan normadan artıq yağışlar Bakı da daxil olmaqla respublika ərazisində daşınar və daşınmaz əmlaklara ziyan vurub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, 1 aprel tarixinə olan hesablamalara görə, 27-30 mart 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 1649 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 1261-i icbari avtosığorta (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası), 136-sı “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 190-ı “Daşınmaz əmlakın icbari sığortası” növü, 63-ü isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb.

Seçilən
14
16
azpost.info

10Mənbələr